Ermənistan "dəmir tələ"də

Bu günlərdə Rusiya və Abxaziya arasında strateji əməkdaşlıq haqqında razılaşma imzalandıqdan sonra prezident Vladimir Putin bildirib ki, Abxaziyanın mövqeyindən asılı olaraq, Rusiya Gürcüstana və Ermənistana tərəf dəmir yol əlaqəsi proqramını həyata keçirməyə hazırdır.

ANS PRESS-in verdiyi məlumata görə, erməni mətbuatında dərc olunan yazıda Rusiyanın yeni dəmir yolu layihələrinin xoş görüntü yaratmasına baxmayaraq, bunun reallıqdan uzaq olduğu, həyata keçirilməsinə obyektiv mane olan səbəblər, həmçinin Ermənistanın özləri və ruslar tərəfindən “dəmir tələ”yə salınması izah olunur.

Yazıda deyilir ki, söhbət Rusiya-Abxaziya dəmir yolunun istismarına hazırlıqdan gedir. Bu dəmir yolu Ermənistan üçün çox əhəmiyyətlidir, çünki, bu, Rusiya bazarına malların ixracı məsələsində daha çox əlverişli nəqliyyat şəraitinə malik olmağa icazə verəcək. Bundan başqa, ticarət nöqteyi-nəzərindən abxaz dəmir yolunun mövcudluğu Ermənistan-İran dəmir yolu xəttini daha cazibədar edəcək, hansı ki, faktiki olaraq, Ermənistan vasitəsilə İran Gürcüstanla və Rusiyayla əlaqə saxlayacaq.

Təbii ki, bu, Ermənistan, Gürcüstan üçün ruhlandırıcı perspektivlərdir, amma burada Abxaziyanın statusu məsələsi problem yaradır. Belə ki, Gürcüstanın öz tələbləri və qiymətləndirilmələri var. Məhz Rusiya-Abxaziya müqaviləsinin imzalanmasından sonra Gürcüstan prezidenti səsləndirdi ki, bu hərəkət Gürcüstana qarşı başqa formada təcavüzdür.

Digər tərəfdən, nəzəri cəhətdən anlamaq mümkün deyil ki, münaqişənin mövcudluğuna baxmayaraq, tərəflər nəqliyyat kommunikasiyalarının istismarı haqqında razılığa gələcək. Siyasi münaqişələr səbəbindən iqtisadi əməkdaşlığın qarşısı alınacaq. Praktiki planda, yumşaq desək, bu layihənin reallaşması ağlasığmazdır və təbii ki, dəmir yolu ciddi presedent yaradacaq. Hətta optimist yanaşma halında belə, aydındır ki, problemlər çoxdur və bu, böyük investisiya tələb edir.

Məqalədə göstərilir ki, regionda indi digər böyük layihə – Bakı-Tiflis-Qars həyata keçirilir. Bu, Ermənistanı blokadaya salan layihədir, ancaq Cavaxetiyadan keçir. Demək, faktiki olaraq, Cavaxetiya sakinlərinin ictimai-iqtisadi vəziyyəti yaxşılaşmasına imkan yaradacaq və beləliklə, bu bölgəyə ermənilərin iddiası puç olacaq.

Bundan başqa, Rusiya Azərbaycan ərazisi vasitəsilə İranla yeni dəmir yolu xətti tikmək niyyətində olduğunu bildirib. Təsəvvür etmək çətindir ki, Rusiya eyni zamanda iki böyük dəmir yolu layihəsi həyata keçirə bilər. Moskva bu layihələrin reallaşdıra biləcəyinə belə əmin …read more

From:: ANS