Girov götürülmüş BMT əməkdaşları azad edildi

Sudanda girov götürülmüş BMT əməkdaşları azad edilib.

ANS PRESS-in məlumatına görə, 6 nəfər girov BMT-nin ərzaq proqramı üçün çalışan vertolyot heyəti və sərnişinləridir.

Onları Sudanın Milli Azadlıq Hərəkatı adlanan təşkilat girov götürmüşdü.

Qeyd edək ki, BMT əməkdaşları olan vertolyot yanvarın 26-da hökumətə qarşı vuruşan Milli Azadlıq Hərəkatının nəzarət etdiyi bölgəyə məcburi eniş etmişdi. …read more

From:: ANS