Murat Yıldırım: Şəxsi həyatım barədə heç vaxt danışmamışam, çünki… (EKSKLÜZİV)

ANS PRESS-in növbəti müsahibini oxucularımız serillardan və filmlərdən tanıyır. Hətta deyə bilərik ki, serialları məhz o rol aldığı üçün izləyənlər də var. Bu aktyoru biz azərbaycanlılar “Asi” serialında oynadığı rolu ilə daha çox sevdik. Daha sonra “AŞK VE CEZA” serialında ifa etdiyi rolu ilə könüllərimizdə taxt qurdu. Bu dəfə suallarımı cavablandıracaq məşhur Murat Yıldırımdır.

Salam Murad bəy necəsiz?

Salam. Çox sağ olun yaxşıyam. Ümid edirəm bütün Azərbaycanlılar da yaxşıdır. Murad bəy siz Azərbaycanda “Asi”, “Aşk və Cəza” serialları ilə səs gətirsəz də mən son oynadığınız “Suskunlar” serialında sizi çox bəyəndim. Çox ağır bir xarakteri ifa edirsiniz. Hətta deyərdim bir çox aktyorun risk edə bilməyəcəyi bir rol oynayırsınız. Necə qəbul etdiniz bu rolu?

Murat Yıldırım: Bu rol mənə təklif edildiyi zaman ssenarinin 18 səhifəsi yazılmışdı. Pınar Bulut ssenaristimiz idi. Mən artıq gələn serial təklifləri üzərində düşünürdüm. “Suskunlar”ın ssenarsini oxuduğumda məni təsirləndirdi. 18 səhifəlik ssenarinin 10-cu səhifəsinə çatanda artıq razılaşmışdım deyə bilərəm. Ancaq gələn təklifə elə ilk günlərdə “Hə əla olub, mükəmməldir. Mən qəbul edirəm” demək olmaz. Bir az gözləmək lazımdır. Ən azından 1-ci seriyanın yazılmasını gözləməliydim. Yazıldı. Mənə birinci və ikinci seriyanın ssenarisini verdilər. Oxudum bəyəndim. Qəbul etdim. Çünki dəyişik bir layihə idi.

ANS PRESS: Serial və filmi seçərkən sizin üçün önəmli olan nədir?

Murat Yıldırım:Oynayacağın rol, rolun xarakteri əlbəttə ki önəmlidir. Ancaq təkcə oynayacağım rola görə qəbul etmirəm heç bir təklifi. Ümumi hekayəni bilməliyəm. Ən az rolum qədər hekayə də gözəl olmalıdır. Türkiyədə serial sektoru artıq demək olar zirvədədir. Ancaq bilirəm ki, hər həftə bir seriya təhvil vermək heç də asan deyil. Əlbəttə. Serilların çəkilməsi artıq çox çətinləşib. Çünki illər əvvəl seriyanın dəqiqəsi bu qədər uzun deyildi. Ancaq indi hər həftə 120 dəqiqə bəzən ondan da uzun seriya təhvil vermək məcburiyyətindədir prodüsser şirkətləri. Ona görə həftədə 6 gün bəzən 18-19 saata qədər işləyirik. Bu da əlbəttə ki çox çətindir.

ANS PRESS: Bu yaxınlarda ani bir qərarla …read more

From:: ANS