Günün qoroskopu: əsas məsələ təfərrüatlardır

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç – əlverişli, yaxşı gündür. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Sərmayə, pul yatırmaq üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin. Günün ikinci yarısında həssas davranın. Əhvalınız stabil olmayacaq. Bədbinliyə qapılmayın. Bir müddət tək qalmağınız məsləhətdir. Yaxınlarınızın təsiri altına düşərək məhz onların maraqlarını təmin edən addımlar atmayın. Özünüz üçün də rahat şərait yaratmağa çalışın. Axşam saatlarında normal istirahət edin.

Buğa – yeni işə və ya layihəyə başlamaq üçün o qədər də yaxşı gün deyil. Sifariş alandan sonra detalları dəqiqləşdirin, təfərrüatları müzakirə edin. Adi günlərdən fərqli olaraq bu gün rutin, gündəlik məsələlərdə qəfil çətinliklər yaranacaq. Sədlərlə maneələri asanlıqla dəf etmək mümkün deyil. Günün ikinci yarısında alış-verişi ertələyin. Bədxərclik etməyin. Dəyər verdiyiniz insan sizinlə məsləhətləşmədən, sizə xəbər vermədən önəmli məsələ ilə bağlı qərar qəbul edəcək. Bu isə ciddi mübahisəyə, əsərbələrin tarıma çəkilməsinə səbəb ola bilər. Hər şeyə rəğmən, narazılıq və iradınızı diplomatik şəkildə bildirin.

Əkizlər – praktik olun, praqmat qərarlar qəbul edin. Təxəyyüllərə qapılmayın, fantaziyaların əsiri olmayın. Fikirlərinizi və ideyalarınızı arqumentlərlə sübuta yetirməyə çalışın. Yeni tərəfdaşlar, yardımçılar qazana bilərsiniz. Günün ikinci yarısında dostlar və dəyər verdiyiniz insanlarla ünsiyyətlərdə alicənab, qayğıkeş olun. Axşam saatlarında süst, apatik olmayın. Yorğunluq hiss edə bilərsiniz. Başladığınız işlərin korporativ maraqlara xidmət etməsinə can atmayın.

Xərçəng – işlərinizdə asanlıqla irəliləyişə nail olacağınızı düşünürsünüzsə, yanılırsınız. Dürüst saydığınız qərarda belə, yanlışlıqlar ola bilər. İdeyalarınızı və təkliflərinizi işdə rəhbərliklə həmkarlarınız şübhə altına alacaqlar. Mövqeyinizi inadla müdafiə edin. Küsməyin, inciməyin. Layiq olduğunuzu əldə etməmiş sakitləşməyin. Günün ikinci yarısında enerjinizi boşuna xərcləməyin. Qohumların yardım müraciətlərini qulaqardına vurmayın. Bir müddət əvvəl sizdən uzaqlaşmış şəxslərdən biri ilə təmasları bərpa edə bilərsiniz.

Şir – fəaliyyət göstərdiyiniz sahədə qəfil problemlər yarana bilər. Çətinlikləri aradan qaldırmasanız, onlar prosesə təsir edəcək. Planlarda təcili dəyişikliklər etmək gərəkdir. Görüşün vaxtının dəyişdirilməsi, layihələrin ertələnməsi istsina …read more

From:: ANS