Başdan ayağa xidmət (VİDEO)

Sarkisyan əsəbləri isterik həddə qədər tarıma çəkilmiş biri kimi davranır. O, cəbhədə verdiyi itkilərin qarşısında özünü ələ ala bilmir, dövlət başçısından, ali baş komandandan daha çox, itki vermiş bir bölmənin kiçik serjantı kimi davranır…

Onun əhatə etdiyi radius da Ermənistanın sərhəddindən təmas xəttinə qədər məhdud bir dairədən ibarətdir. Çıxış məhəlli məzmun kəsb edir. Nitqi hərbi məzmunlu, heç bir qlobal əhəmiyyətə və dəyərə çıxış yeri olmayan dərdləşmə və ya deyinmə, hətta qeybət…

Azərbaycan Prezidentinin çıxışı isə soyuqqanlı, sakit, bir Avropa əhəmiyyətli dövlətin rəhbərinin təkcə öz xalqına deyil, eləcə də qitəyə hesablanmış düşüncələri… Bir sözlə, sözünün və özünün sahibi Prezident… Bu il Azərbaycanda parlament seçkiləri ilidir. Dövlət başçısının çıxışını, eyni zamanda rəhbərlik etdiyi komandaya bu seçkilərə özünü necə təqdim etmək barədə mesajı kimi də qəbul etmək olar.

“Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz də – bütün məmurlar yüksək etimadı doğrultmalıyıq. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”, – deyə prezident İlham Əliyev bildirib.

…read more

From:: ANS