Gömrük Komitəsi 3 ton maye heroin məsələsinə aydınlıq gətirdi

Azərbaycan ərazisindən Gürcüstana böyük narkotik partiyası daşıyan yük maşını keçməyib.

Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin rəisi Ülvi Zülfüqarov “AzTv” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin iyulunda Gürcüstan Daxili İşlər Nazirliyi guya Azərbaycandan Gürcüstan ərazisinə keçən 2,8 ton maye heroin daşıyan yük maşınının tutulması barədə informasiya yayıb: “DGK-nın təşəbbüsü ilə aparılmış təhqiqatlar nəticəsində müəyyən edilib ki, narkotiklərlə dolu nəqliyyat vasitəsi Azərbaycan ərazisindən Gürcüstana keçməyib. Gürcüstana aid olan yük maşını ötən il iyulun 11-də “Batumi” iqtisadi zonasının gömrük rəsmiləşdirməsində saxlanılıb”.

Ü.Zülfüqarov qeyd edib ki, avtomobildəki yük Gürcüstanda çalışan Türkiyə şirkətinə aid idi və Moldovaya göndərilməsi nəzərdə tutulurdu: “İş üzrə iki Gürcüstan vətəndaşı – sürücü Quram Sesxladze və Yevgeni Qorqadze, həmçinin sifarişçi şirkətin rəhbəri Türkiyə vətəndaşı olan Şefik Semizoğlu saxlanılmışdı. İstintaq nəticəsində məlum olub ki, Quram Sesxladze və Şefik Semizoğlu heç vaxt Azərbaycan sərhədini keçməyiblər. Üçüncü şübhəli şəxs Yevgeni Qorqadze isə bundan bir qədər əvvəl Azərbaycan ərazisində olub. Bu fakt üzrə araşdırma aparılıb. Nəticədə aşkar edilib ki, Y.Qorqadze ötən il iyunun 24-də Azərbaycan ərazisinə “Astara” gömrük postu vasitəsilə İran tərəfindən Türkiyə dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobili idarə edərək keçib. Maye sabundan ibarət olmuş yükün bir hissəsinin Azərbaycanda, digər hissəsinin isə Gürcüstanda boşaldılması nəzərdə tutulurmuş”.

Onun sözlərinə görə, yük maşınının marşrutuna görə nəqliyyat vasitəsinə və yükə şübhəli statusu verilmişdi: “Bakıda yük maşınının tam yoxlanılması nəticəsində heç bir qanun pozuntusu aşkar edilməyib. Bundan başqa, Gürcüstanda maye heroin partiyasının tutulmasından sonra boşaldılmış malın ekspertizası keçirilib, o da heç bir nəticə verməyib”.

Ü.Zülfüqarov bildirib ki, iyunun 29-da yük maşını Tovuz rayonunda “Sınıq Körpü” gömrük postuna çatıb: “Qeyd edim ki, yük maşını Azərbaycan ərazisinə giriş vaxtından getməsinə qədər Azərbaycanın gömrük orqanları tərəfindən tam nəzarət altında idi. Bundan başqa, sərhədin keçilməsi zamanı Gürcüstan gömrüyü yükə baxış keçirib və qanun pozuntusu aşkar edilməyib”.

İstintaq İdarəsinin rəisi qeyd edib ki, bundan yalnız bir həftə sonra Y.Qorqadzenin idarə etdiyi başqa nəqliyyat vasitəsi …read more

From:: ANS