7 notun 70-ə çatması (VİDEO)

Vaqif Səmədoğlunu Azərbaycan həm səs, həm söz, həm fikir kimi itirdi. O, həm də müsiqiçi idi. Böyük adamların boş qalan yeri də böyük olur. Təsəlli yerimiz odur ki, o bu vətənin övladından həm də bu torpağın övladına çevrildi. Biz gərək ona görə bu torpağı daha çox sevək…

Bu sözlərin müəllifi Polad Bülbüloğlu fevralın 4-də 70 yaşını qeyd edəcək. Və biz də onunla bərəbər bu bayramı dövlət, xalq səviyyəsində qeyd edəcəyik. Polad Bülbüloğlunun yubiley təntənələrinə isə bu gün biz burdan start veririk. Polad Bülbüloğlu ilə öz konsertinə hazırlaşdığı Heydər Əliyev sarayında görüşdük. Zalda bizdən və bir də yəqin ki, onu həmişə hifz edən Bülbülün ruhundan başqa heç kim yox idi…

– Polad müəllim təbrik edirəm ad gününüzü.

– Çox sağ olun minnətdaram.

– Polad müəllim biləndə ki, 70 yaşınız var. Sizdə hansı hisslər oldu?

– Mən özümü 70 yaşında hiss etmirəm. Yəni gündəlik işimizdə, gündəlik yaşayışımzda. Biz özümüz cavan olanda deyirik ki, 18-20 yaşlarındadır, 50- 60 yaşında isə deyirik ki, artıq qoca kişidir bu. Amma 50-də gəldi keçdi, 60-da gəldi keçdi. İndi adam heç bilmir 70 haradan gəldi.

– Polad müəllim 70 yaşında sizin kimi görünmək üçün mən nə etməliyəm?

– Mən bunu qarşıma məqsəd kimi qoymuram. Xüsusi olaraq yoqaya, məşqə getmirəm. Elə adam var ki, özü üçün məşqçi tutur, hər gün məşq edir.

– Polad müəllim, siz indi mənim bildiyimə görə, Bülbüldən 6, yoxsa 7 yaş böyüksüz?

– Bülbül 64 yaşında 61-ci ildə rəhmətə getdi.

– Atadan yaşda böyük olmağın hansısa əlavə hissləri var?

– Bilirsiniz, mən hər dəfə Bakıya gələndə qəbirüstünə gedirəm. Elə bil ki, atamın ruhundan bəhrələnirəm, ötən illəri yada salıram. Mən atadan doymadım. O vaxtlar mənin 16 yaşım var idi. Və atam çox istəyirdi ki, mən bəstəkar olum. Mən də uşaqlıqdan daha çox müğənni olmaq istəyirdim. Atam həmişə zarafatca deyərdi ki, istəyirəm ki, sən öyrənəsən musiqi necə yaranır, necə …read more

From:: ANS