Azərbaycanlılar və gürcülər arasında atışma: ölənlər var

Rusiyanın Sankt Peterburq şəhərində restoranlardan birində atışma olub.

ANS PRESS-in məlumatına görə, atışma Sankt Peterburq şəhərində “Qurman” restoranında fevralın 1-i gecə saat 4 radələrində baş verib.

Bildirilir ki, atışmadan əvvəl azərbaycanlı və gürcü arasında mübahisə düşüb. Mübahisə ilə söhbətlərini həll edə bilmədikdə tərəflər silaha əl atıblar.

Atışma zamanı güllələrdən biri restoranın azərbaycanlı direktoruna dəyib. O, xəstəxanada ölüb. Gürcü isə elə hadisə yerində keçinib.

Atışmada bir neçə azərbaycanlı və gürcü iştirak edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Atışmada iştirak edən şəxslərin axtarışı davam etdirilir. …read more

From:: ANS