10 nəfər qar uçqununun altında qaldı

İsveçrədə 10 nəfər qar uçqununun altında qalaraq həlak olub.

ANS PRESS-in məlumatına görə, son üç gündə baş verən qar uçqunları Alp dağlarının İsveçrəyə məxsus hissəsində 10 xizək həvəskarının həyatına son qoyub.

Onlar 1-1,2 metr qalınlığındakı qarın yaratdığı uçqunların altında qalıb.

Xizək həvəskarlarının onlar üçün ayrılan meydançalardan kənarda sürüşmələri faciəli hadisələrlə nəticələnib. Alp dağlarının İsveçrəyə aid hissəsindəki 2200 metrlik Piz Vilon zirvəsində yeddi xizəkçi qar uçqunu nəticəsində həlak olub.

Daha üç nəfər isə Oberland sürüşmə meydançasından kənarda xizək sürərkən qar uçqunları onları haqlayıb. Güclü qar uçqunu İsveçrə vətəndaşları olan hər üç xizək həvəskarının həyatını itirməsi ilə nəticələnib.

Xilasedicilər qar uçqunu altında qalanların cəsədlərini çətinliklə çıxarıblar. …read more

From:: ANS