Kiçik ermənilərə böyük silləsi

Ermənistan Rusiyanın ən yaxın dostu olması üçün çox kiçik və kasıb ölkədir.

ANS PRESS-in məlumatına görə, bunu İctimai rəyin öyənilməsi üzrə Ümumrusiya mərkəzinin baş direktoru Valeri Fyodorov “Vesti FM”in efirində jurnalistin Ermənistan niyə Rusiyaya ən yaxın dost ölkələr siyahısında yer almayıb sualına cavabında deyib.

Fyodorov bildirib ki, Ermənistan Rusiyanın xarici siyasətində ən az maraq göstərilən ölkələrdən biridir.

“Bundan başqa sadə ruslar üçün də Ermənistan maraqlı deyil. Rusiyaya yaxın dost ölkələri siyahısı hazırlananda bu məqamlara da diqqət yetirilir”, deyə baş direktor bildirib.

Qeyd edək ki, İctimai rəyin öyənilməsi üzrə Ümumrusiya mərkəzi Rusiyaya yaxın dost ölkələrin siyahısını təqdim edib. Bu siyahıda Azərbaycana yer ayrılsa da Ermənistana heç bir şans verilməyib.

Siyahıda ilk üçlükdə Çin, Belarus və Qazaxısyan qərarlaşıb. …read more

From:: ANS