Azərbaycanda alternativ enerji

Azərbaycanda alternativ enerji mənbələri üzrə Texniki Komitənin yaradılması məsələsi üzərində iş gedir.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Texniki Komitənin yaradılmasının təşəbbüskarı olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

Komitədən deyildiyi kimi, hazırda Dövlət Komitəsi və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Texniki Komitənin yaradılması üzrə birgə iş aparırlar.

Dövlət komitəsindən bildiriblər ki, yeni k omitənin yaradılması üzrə işlər davam edir və yaxın vaxtlarda bu məsələ həll olunacaq. …read more

From:: ANS