Britaniya müsəlmanları məscidlərə axışdı

Böyük Britaniyada bu gün 20-dən çox məscid qapısını ictimaiyyətin üzünə açıb.

ANS PRESS-in məlumatına görə, “Məscidimə baş çək” günü bir növ aksiya xarakteri daşıyır. Aksiya Britaniyanın Müsəlmanlar Şurası tərəfindən təşkil olunub.

Bu, ötən ay Fransada baş verən islamçı hücumlardan sonra başlanılan milli təşəbbüsün bir parçası olaraq həyata keçirilir. “Charlie Hebdo” hücumlarından sonra Britaniya hökuməti İslam liderlərini radikallaşmaya qarşı mübarizədə fəal olmağa çağırmışdı.

BBC-nin dini məsələlər üzrə müxbiri deyir ki, İŞİD terror qruplaşması tərəfində döyüşməyə gedən gənc müsəlmanlar Britaniyanın 3 milyonluq müsəlman əhalisinin kiçik bir parçasını təşkil edir – lakin əhalinin qalan hissəsi Britaniyanın müsəlman icması barədə fikirlərini məhz bu qrupa əsaslandırır.
…read more

From:: ANS