Misir hökuməti polis cinayətini ört-basdır etməkdə ittiham edilir

“Amnesti İnterneşnl” təşkilatı Misir hökumətini polis cinayətini ört-basdır etməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, təşkilat rəsmiləri qeyd ediblər ki, yanvar ayının 25-ində Misirdə hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı polis fəallara qarşı həddən artıq güc tədbiq edərək zorakılıq törədib.

Sabiq prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi ilə nəticələnən inqilabın ildönümündə keçirilən qarşıdurmalar zamanı azı 27 nəfər ölmüş, 500 nəfər həbs olunmuşdu.

Misir hökuməti bildirib ki, aksiya zamanı həbs olunan şəxslər ölkədə qadağan olunmuş “Müsəlman Qardaşlığı” hərəkatının tərəfdarlarıdır.

Yerli vəkillər hökumətin bəzi məhbusların hüquqlarının müdafiə olunmasına qarşı çıxdığını bildiriblər.

Amnesti İnterneşnl Misirdə insan haqlarına qarşı artan təzyiqlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti müraciət edib. …read more

From:: ANS