Daha bir məşhur Bakıya gəlir (VİDEO)

Daha bir türkiyəli məşhur paytaxtımızın qonağı olacaq.

ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl Burak Özçivit, Fahriye Evcen kimi məşhurları qonaq edən şəhərimizə bu dəfə Özcan Dəniz gələcək.

O, rejissorluğunu etdiyi “Sevimli təhlükəli” filminin Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsində iştirak edəcək.

İlk olaraq fevralın 6-dan etibarən Türkiyədə nümayiş olunacaq filmin 17 gün sonra – fevralın 23-də Bakıda təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasiminə biletlərin qiyməti 28 AZN-dir. Biletləri mərkəzin kassalarından əldə etmək mümkündür.

Romantik komediya janrında olan filmdə baş rolları Ayça Ayşin və Şükrü Özyıldız oynayıb.

Qeyd edək ki, Özcan bu günə qədər “Ya sonra”, “Evim sənsən”, “Su və Atəş” filmlərinə rejissorluq edib.

…read more

From:: ANS