“Terrordan qorxmuruq”

Yaponiya hökuməti İŞİD terror qruplaşmasının ikinci yapon girovu da edam etməsinə münasibət açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Yaponiya hökuməti sözçüsü Yoşihide Suqa ölkəsinin bu hadisəyə hiddətləndiyini, kabinetin bu dəhşətli videoya olan münasibəti haqqında müzakirələrin aparıldığını bildirib.

Ölkənin baş nazir Şinzo Abe isə videoda onu və Yaponiyanı hədələyən İŞİD cəlladından qorxmadıqlarını, sona qədər terrorla mübarizə aparacaqlarını söyləyib.

“Vətəndaşlarımızın qətlini həyata keçirən terrorçuların, cinayətkarların ədalət qarşısında cavab verməsi üçün bu yöndə beynəlxalq qurumlarla əlaqələrimizi gücləndirəcəyik” – deyə Abe sözlərinə əlavə edib.

Qeyd edək ki, İŞİD-in son edam etdiyi yapon girovun anası Junko İşido və qardaşı Juniçi bu məsələdə çox ümidli olduqlarını bildirmişdilər. …read more

From:: ANS