Günün bürcü: çox pul xərcləməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onlara işlərində yardım edin. Ailə üzvlərinin tələblərini yerinə yetirməsəniz, münaqişə situasiyası yarana bilər. Passiv olsanız, fəaliyyətinizin yaxşı sonuclanma ehtimalı azalacaq.
Günün ikinci yarısında maraqlandığınız, sevdiyiniz işlə məşğul ola bilərsiniz. Sevdiyiniz insanın qayğınza ehtiyacı var.
Axşam saatlarına yaxın məşq etmək, idmanla məşğul olmaq mümkündür.

Buğa – yaradıcılıq üçün yaxşı gündür. Problemlərin həllini başqalarına həvalə etməyin. Yardım istəyənə mütləq kömək edin. Laqeyd, donuq insan olmayın.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlarda dəyişikliklər etmək olar. İstirahət və əyləncə fikirlərini təxirə salın. İndi ciddi şəkildə çalışmaq zamanıdır.
Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə münaqişəli situasiya yarana bilər. Amma durumu heç bir problem yaranmadan çözə bilərsiniz. Ailə qayğıları sizin bilavasitə, təxirəsalınmaz müdaxilənizi tələb edir.
Adət etdiyiniz, ənənəvi məqamları asanlıqla çözmək olar.
Axşam saatlarında normal istirahət edin.

Əkizlər – yalnız öz mənafeyinizi yox, başqalarının da maraqlarını düşünün. Yaxşı münasibətləri qorumaq üçün bəzi məqamları qurban verməyi bacarın.
Səhhətinizə fikir verin. Zərərli vərdişlərdən qurtulmaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında ailə büdcəsinə bir də nəzər salın. Yaxın gələcəklə bağlı planlarınızı dəyər verdiyiniz insanlarla müzakirə edin.
Axşam saatlarına yaxın yaradıcılıq potensialınızı artırın. Ötənlərdəki pis olayı xatırlayıb bədbinliyə qapılmayın.

Xərçəng – günün ilk yarısında işlərə necə başlasanız, sonrakı proses həmin məcrada davam edəcək. Hansısa işlər alınmazsa, bədbinliyə qapılmayın. Neqativ fikirlər sizə rahatlıq verməyəcək. Qarşınıza çıxan maneələrlə sədləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvlərinizin durumunu yaxşılaşdırmağa çalışın. Daha uğurlu, alicənab insan təsiri bağışlamağa can atmayın.
Axşam saatlarında normal istirahət edin.

Şir – yaxınlarınızın və şəriklərinizin maraqlarını qulaqardına vuraraq eqoizmə qapılmayın. Tələbatların nəzərə alınması işlərinizdə yeni təkanlara rəvac verə bilər. Davranışınıza fikir verin. Sizə yaxşı məsləhət verən insanı dinləyin.
Hamıdan ağıllı, hamıdan yaxşı olduğunuzu düşünməyin.
Günün ikinci yarısında tərəfdaşlarla və şəriklərlə ünsiyyətdə diqqətli olun. Münasibətləri korlalamaq üçün güzəştlərə meylli olun. Axşam saatlarına yaxın passiv olmayın. Enerjili işləyin, qarşınıza qoyduğunuz …read more

From:: ANS