İŞİD yenə baş kəsdi – VİDEO 18+

İŞİD terror qruplaşması ikinci yapon girovu da edam edib.

ANS PRESS-in məlumatına görə, İŞİD-çilər yaponiyalı girov Kenji Qotonun başının kəsilməsi ilə bağlı videonu sosial şəbəkədə yayımlayıb.

Con adı ilə tanınan üzü maskalı İŞİD cəlladı əvvəlcə Yaponiya hökumətinə mesaj göndərib, daha sonra əlindəki bıçaqla girovu qətlə yetirib.

“Şeytani koalissiyadakı müttəfiqləriniz kimi siz də bizim nəyə və hansı gücə qadir olduğumuzu gördünüz. Bütün ordumuz sizin qanınıza susamış haldadır. Abe, bu müharibədə tutduğunuz mövqeyə görə bu bıçaq sadəcə Kenjini kəsməyəcək. Sənin xalqından əlimizə keçənləri öldürəcəyik. Yaponiya üçün kabus başlasın” – deyə Con yapon baş nazirə sərt mesaj göndərib.

Xatırladaq ki, ötən həftə İŞİD yaraqlıları bir yapon girovu edam etmiş, daha sonra isə ikinci yaponun buraxılması üçün Yaponiya hökumətinə İordaniya ilə razılaşaraq orada təcridxanada saxlanılan terrorçu qadın Səcidə ər-Rişavinin azad edilməsini tələb etmişdilər.

…read more

From:: ANS