Bu da “ağıllı” qəhvə masası (FOTO)

Kompüterləşdirilmiş sensor masaların istehsalı sahəsində etibar qazanmış “Ideum” şirkəti daha bir yeni məhsulunu təqdim edib – “ağıllı” qəhvə masası.

ANS PRESS-in məlumatına görə, qurğunun “Duet” adlanması heç də təsadüfi deyil, çünki masanın konstruksiyası iki müstəqil hesablama sistemini nəzərdə tutur, onlardan biri “Android 4.4 KitKat” əməliyyat sistemi ilə, ikincisi isə “Windows 8” ilə idarə edilir. Bununla istifadəçi lazım olan funksiyaları idarə etmək üçün ona daha uyğun gələn sistemi seçə bilər. Bu barədə “ICTnews” xəbər xidməti bildirir.

Masanın texniki xüsusiyyəti onun əyləncə üçün nəzərdə tutulması (video, internet-sörfinq, oyunlar) və vahid ev texnikası idarəetmə mərkəzinə malik olmasıdır.

Masa “Bluetooth” və “Wi-Fi” ilə təchiz edilib. Masanın üzü – 42 və 46 düym olmaqla 60 multitaç-toxunma dəstəkləyir, ekranın ölçüsü – 1920х1080 pikseldir. …read more

From:: ANS