Lej AES-də yanğın baş verib

Belçikanın Lej şəhərindəki “Tihange” atom Elektrik Stansiyasında naməlum səbəbdən yanğın baş verib. ANS PRESS-in məlumatına görə, 1 000 meqavatlıq 3 nüvə reaktorunun trasfarmatorunda başlayan yanğın səbəbindən stansiyanın fəaliyyəti dayandırılıb.

AES-i işlədən “Elektrabel” şirkətinin nümayəndəsi yanğın səbəbindən stansiyada nüxə təhlükəsi olmadığını və heç kimi xəsarət almadığını bildirib.

Qeyd edək ki, Belçikada istehlak olunan elektrik enerjisinin yarısını istehsal edən 7 aktiv reraktorda tez-tez bu kimi problemlərin olduğu bildirilir.

Təhlükə yaradan çatlaqlar səbəbindən “Doel-3” və “Tihange-2” reaktorlarının fəaliyyəti 2012-ci ilin iyun ayından dayandırılıb.

“Doel-4” reaktoru isə avqustun əvvəlində məruz qaldığı hücum səbəbindən yağ sızdırdığı üçün onun da fəaliyyəti dayandırılıb.

Elıektrabel ilin sonunda “Doel-4” reaktorunu işə salmağı planlaşdırsa da “Doel-3” və “Tihange-2” reaktorlarının aqibətində qeyri-müəyyənlik davam edir.

Baş vermiş fəlakətlər görə elektrik enerjisində meydana gələn sıxıntılardan xilas olmaq üçün AES-lərin fəaliyyət müddətini uzatmağı planlaşdıran Belçika hökuməti sakinləri elektrikdən qənaətlə istifadə etməyə dəvət edir.

Qarşıdan gələn qış mövsümü sərt keçəcəyi təqdirdə Belçikada elektrik enerjisi sıxıntılarının baş verəcəyi gözlənilir. …read more

From:: ANS