Yasamalda iki avtomobil toqquşub

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şamil Əzizbəyov küçəsində qeydə alınıb. Sürücüsü Əliağa Ağayev olan “Chevrole” markalı minik maşını ilə Əvəz Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. “Chevrole” markalı avtomobili bu toqquşma da dayandırmayıb və o, daha sonra yol kənarındakı dəmir çəpərə çırpılıb.

Avtoqəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Məlumatı əldə edən yol patrul xidmətinin müfəttişləri hadisə yerinə cəlb olunub və müayinələr aparılıb.

İlkin ehtimala görə, yol qəzası Şevrole markalı avtomobilin iki yolun kəsişməsində Mersedes markalı minik maşınının yoluna çıxması səbəbindən meydana gəlib. Bu hələlik əldə olunan yeganə versiya olduğu üçün qəza ilə bağlı araşdırmalar davam etdirilir. …read more

From:: ANS