ABŞ-dan Kiyevə sərt xəbərdarlıq

ABŞ Ukrayna hakimiyyətinə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payet Poroşenko hakimiyyətini islahatlara başlamağa çağırıb. Amerikalı diplomat Ukraynanın “Zerkalo nedeli” nəşrinə müsahibəsində deyib ki, əgər Ukraynada islahatlar ləngidilsə hakimiyyət orqanlarının istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən dəstəklənməyə ümid etməsi çox çətin olacaq:

“UKraynanın qarşısında çox böyük təhdidlər durur – keçmişdən miras qalmış paradiqmaların öhdəsindən gəlməlidir0. Söhbət pəncərələrin pərdələrini dəyişməkdən yox, əsaslı dəyişikliklər aparmaqdan gedir. Biz öz mövqeyimizi çox dəqiq ifadə etmişik: əgər siz ciddi islahatlar aparsanız, onda Birləşmiş Ştatlar sizin uğurunuz üçün ciddi sərmayə qoyacaq. Əgər islahatlar ləngidilsə, onda sizin istər bizim konqres tərəfindən, istərsə də avropalı tərəfdaşlarınız tərəfindən dəstəklənməyə ümid bəsləməyiniz çox çətin olacaq”.

“Futbol matçındakı kimi oxşar vəziyyət yaranıb: hücum mövqeyini dəstəkləmək və qoruyub saxlamaq lazımdır. Matçda hər 15 dəqiqə ötəndən sonra tabloda sizə qiymət verilir. Buna görə də keçmişdəki xidmətlərinizə istinad edərək deyə bilməzsiniz: aprel ayında biz təhsil islahatı aparmışıq. Olduqca çox islahatlar aparmaq lazımdır. Burada həm prezident üçün, həm də Ali Radanın sədri üçün vəzifələr var”, – deyə səfir fikrini tamamlayıb. …read more

From:: ANS