Daxili İşlər Nazirliyinin əməkdaşı öldürüldü

Misirdə Daxili İşlər Nazirliyinin əməkdaşı evində güllələnib.

ANS PRESS-in məlumatına görə, bu haqda “Ynetnews” xəbər verib.

Yol hərəkəti bölməsində işləmiş 50 yaşlı kişi Sinay yarımadasında El-Ariş vilayət mərkəzində öz evində başına açılan atəşlə öldürülüb.

Daha əvvəl İŞİD terror qruplaşmasının Misirdəki üzvləri Sinay yarımadasında hücum aktının məsuliyyətini öz üzərinə götürüb.

Qeyd edək ki, həmin hücüm nəticəsində 27 nəfər öldürülüb. …read more

From:: ANS