Bu qız axtarılır (VİDEO)

25 yaşlı Abdullayeva Aynurə Əzizxan qızı itkin düşüb.

ANS TV-nin məlumatına görə, Abşeron rayon polis şöbəsindən bildirilib ki, Abdullayeva Aynurə Saray qəsəbə sakinidir. O 11 noyabr 2014-cü il tarixində saat 3 radələrində Rəsul Rza küçəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Abdullayeva Aynurə Əzizxan qızı orta bədən quruluşlu, boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçının rəngi isə şabalıdıdır. Sağ qaşının üstündə çapığı var.

Abdullayeva Aynurə Əzizxan qızını görənlərdən və ya onun haqqında hər hansı məlumatı olalardan (012) 342 02 02, 342 10 27 şəhər və (070)507 80 80 mobil nömrələrinə zəng vurmaqla məlumat vermələri xahiş olunur.

Bununla bağlı xəbərlərınızı (050) 203 02 02 saylı “qaynar xətt”imizə də zəng vurmaqla məlumat verə bilərsiniz.

…read more

From:: ANS