İnanılmaz! Bura xəstəxanadır (FOTO)

Böyük Britaniya Dövlət Səhiyyə Xidməti Fondu rəssamları, dekoratorları, dizaynerləri və tərtibatçıları kral xəstəxanasının dizaynında dəyişiklik etməyə dəvət edib.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, 3 il öncə açılan xəstəxanada bu zaman ərzində bütün məkanın innovativ dizaynı hazırlanıb. Onların arasında bir neçə məşhur Britaniya rəssamı və tərtibatçılarından olan Moraq Maerskaf, Donna Uilson, Miller Qudman, Kris Hotan, Ella Doran da var. Tekstil dizayneri kimi tanınan Uilson bloklardan birinin divarlarının tərtibatını öz üzərinə götürüb. Məkan dağlar, təpələr və ağaclarla gözəl məkana çevrilib. Rəssam hospitalın xəstələrini də prosesə cəlb edib və onlara divarda təpələri çəkmək tapşılırıb.

Qeyd edək ki, Londonun kral uşaq xəstəxanasında 130 yer var, hər il burada 40 min xəstə tibbi yardım alır.

…read more

From:: ANS