Günün bürcü: Uzaq yola çıxmayın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səmimi olun. İşdə həmkarlar, özəl fəaliyyətdə isə tərəfdaşlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmağın yolu normal, sakit müzakirələrdir. Maliyyə vəsaitinin bölüşdürülməsi ilə bağlı məsələləri araşdırın.
Günün ikinci yarısında planlarınızdan bəzilərini dostlar və yaxınlarla təhlil etmək olar. Qarşılıqlı anlaşamaya nail olmaq asan deyil. Sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq üçün ona axşam saatlarında romantika bəxş edin.

Buğa – kommersiya və ticarət üçün əlverişli gündür. Problemlərin həllinə yaradıcı yanaşın. Təhsil alırsınızsa, fənn tapşırıqlarını daha yaxşı əxz edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan fərqlənmək istəyirsinizsə, bacarıqlarınızı göstərin. Eqoist, xudpəsənd olmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətləriniz əhvalınızdan asılı olacaq. Axşam saatlarını səsli-küylü məsclislərdə keçirməyin. Uzaq yola çıxmayın.
Sükan arxasında ehtiyatlı davranın.
Axşam saatlarında normal istirahət edin.

Əkizlər – uzun səfərə yollanmaq üçün yaxşı zamandır. Təcrübəli insanlarla görüşmək, cari problemlərin həll yollarını aramaq olar. Fəaliyyətinizin əlavə gəlir gətirməsi üçün yaxşı çalışın. Başqalarının maraqlarına toxunacaq addımlar atmayın.
Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olun. Peşəkar fəaliyyətinizdə yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.
Gəlir və maliyyə məqamlarını ailə üzvləri ilə birlikdə müzakirə edin. Subaysınızsa, qarşılaşdığınız qeyri-adi insana fikir verin.

Xərçəng – ağır, əndişəli, qarışıq bir gündür. Başladığınız işləri yarımçıq qoymayın. Peşəkar fəaliyyətlə bağlı müzakirələri uzatmayın. Mübahisə etməyin, dartışmalardan kənar durun. Risk etməyin.
Sükan arxasında ehtiyatlı davranın.
Günün ikinci yarısında ailədəki münasibətlərdə yeniliklərə ehtiyac var. Yaxınlarınız arasındakı qovğaya qatılmayın, çünki kiminsə tərəfini tutmağa çətinlik çəkəcəksiniz. Səliqəli olun.
Axşam saatlarında çox yeməyin.

Şir – mövqeyinizi yaxın ətrafınızdakı insanlara zorla qəbul etdirməyə çalışmayın. Yalnız sizi maraqlandıran məsələləri müzakirə etməyə çalışmayın. Təşəxxüslü davranış işlərin gedişatına mənfi təsir edəcək.
Günün ikinci yarısında daşınmaz əmlak məsələlərinin həlli və sənədləşdirmə işləri pis alınmayacaq.
Ailə üzvlərinin qayğılarının həllində onlara yardım edin. Sözlərinizə diqqət yetirin.
Sizə önəm verən insanların dəyərini bilin.

Qız – adi günlərdən fərqli olaraq bu gün işlər və qayğılar çoxdur. Eqoist olmayın, təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın …read more

From:: ANS