Ərdoğanın yaxın adamı istefa verdi

Türkiyə prezidentinin baş müşaviri vəzifəsindən ayrılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Aydın Ünalın istefa verdiyi bildirilir. Bu barədə “Hürriyet”in yazarı Səlçuk Şənyüz xəbər verib.

Xəbərdə bildirilir ki, prezidentin baş müşaviri olmuş Aydın Ünal bu ilin iyun ayında keçiriləcək parlament seçkisində namizədliyini irəli sürmək, millət vəkili olmaq üçün istefa verib.

Uzun illərdir Ərdoğanın çıxışlarının tərtib edən Ünal onun baş nazirliyi vaxtında bir neçə dəfə istefa vermək istəsə də, bu niyətindən daşındırılmışdı.

Seçkidə Ankaradan namizəd olması gözlənilən Ünalın yerinə isə baş nazirliyin müşaviri Hamdi Kılıçın keçəcəyi deyilir.

Qeyd edək ki, istefa barədə Aydın Ünal özü də tvitter sosial şəbəkəsindəki mikro-bloqunda məlumat verib və Ərdoğanla işləməyin onun üçün qürurverici bir hiss olduğunu vurğulayıb. …read more

From:: ANS