Ərəbistanda böyük təhlükə

Səudiyyə Ərəbistanının şərq bölgəsində bir Amerika vətəndaşı güllə atəşinə məruz qalıb. Səudiyyə Press Agentliyinin (SPA) bildirdiyinə görə, dünyada ən böyük neft ixrac edən ölkə təhlükəsizliklə bağlı narahatlığını bildirib.

ANS PRESS-in məlumatına görə, SPA-in polisin bəyanatına əsasən açıqladığı məlumatda deyilir ki, içərisində iki amerikalı olan avtomobil Səudiyyə Ərəbistanında azlıqda olan şiələrin mərkəzlərindən biri Əl-Əhsa mahalında hücuma məruz qalıb. Hücumun kimlər tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Məlumatda yaralanan şəxsin dərhal xəstəxanaya çatdırıldığı və vəziyyətinin sabit olduğu bildirilir.

Səudiyyə rəsmiləri Yəmən, İraq və Suriyadakı təriqətlərarası böhranın regiona yayılmasından narahatlıqlarını ifadə edib. Ölkədə baş verən bugünkü hucum keçən ilin oktyabr ayında paytaxt Ər-Riyadda bir Amerika vətəndaşının öldürülməsi, digərinin isə yaralanmasından bəri həyata keçirilən ilk hücumdur.

Noyabr ayında da Əl-Əhsada müqəddəs Aşura günü 7 şiə müsəlman qətlə yetirilmişdi. Səudiyyə Ərəbistanı bu hücumda əli omaqda şübhəli bilinən dörd nəfəri həbs edib. O zaman hücumun İŞİD tərəfindən hazırlandığı bildirilimişdi.

Əl-Əhsanın Səudiyyə şiələrinin çoxluq təşkil etdiyi bölgəsində yerləşən “Qatif” mərkəzi diqqətini ölkədəki şiələrin diskriminasiyası ilə bağlı nümayişlərə yönəldib. Səudiyyə rəsmiləri isə ayrı-seçkiliklə ilə bağlı ittihamları rədd edir. …read more

From:: ANS