Səhiyyəmizin bəd şişi (VİDEO)

Azərbaycan səhiyyəsinin təhlükə gözləyir. Orta məktəblərdə kişi müəllimlərin sayının az olması və bunun təhsilə mənfi təsirilə bağlı fikirlərin səsləndiyi bir vaxtda oxşar problem səhiyyədə də yarana bilər. Maraqlıdır ki, məsələyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə yönəldib. Xanım Abbaszadə son illərin statistikasına əsasən yaxın illərdə səhiyyəmizi gözləyən təhlükəyə cəmiyyətin diqqətini yönəldib.

Biz hər il abituriyentlərin ali məktəbə qəbul prosesi ilə bağlı təhlillər aparırıq. Elə ali məktəblər var ki, onlar sırf qız məktəbləridir. Məsələn, Tibb Universitetinin tələbələrinin çoxu qızlardır deyə bu sahədə ciddi problemlər özünü göstərir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin bu açıqlaması nəzər diqqətləri Tibb Universitetinə yönəltdi. Məlum oldu ki, sən demə Tibb Universitetinə son illər oğlanlar qızlardan az sənəd verir. Halbuki, tibbin elə sahələri var ki, orada kişi həkimlərin rolu qaçılmazdır.

“Qızlar meyitlərlə işləmək istəmirlər. Baxmayaraq ki, tibbi sahəni onlar özləri seçiblər. Onlar başa düşməlidirlər ki, bəzi ixtisaslar var ki, orda təkcə bilik yox, müəyyən dərəcədə fiziki güc də lazımdır. Hazırda bu sahə üzrə təhsil alanların hamısı qızlardır, oğlan isə yoxdur” – deyə Məleykə Abbaszadə bildirib.

Əslində Tibb Universitetinin giriş qapısında yarımca saat dayanmaq kifayətdir ki, real mənzərəni öz gözlərinlə görəsən. Bəli, müşahidələrimiz bizi aldatmır. Müsahibə götürdüyümüz tələbələr də etiraf edir ki, qrupda say baxımından qızlara uduzurlar. Özü də ciddi şəkildə.

Tələbə İsmayıl Yusifov: “Bizim qrupda 14 nəfər var, onların 5-i oğlan, 9-u isə qızdır. Burada qızların üstünlük təşkil etməsi səbəbinə gəlincə, düşünürəm ki, tibbdə 6 illik təhsil müddəti olduğu üçün oğlanlar qızlara nisbətən daha çox səbirsizdirlər. Bundan başqa oğlanların üzərinə daha böyük bir vəzifə düşür ki, işləyib evə çörək pulu aparmalıdırlar”.

Tələbə Mirməmməd Əsgərov: “Rezidenturanı da bura əlavə etsək 11 il oxumaq lazımdır, oğlanlar isə istəmir”.

Yeri gəlmişkən, bu uşaqlar müalicə-profilaktika fakültəsinin tələbələridir. 6-ci kursdan etibarən onlar travmatalogiya, pataloji anatomiya və s. ixtisaslar üzrə ixtisaslaşırlar.

Tibb Universitetinin kliniki farmokalogiya kafedrasının assisenti Kəmalə Ağayeva da 5-ci kurs tələbələrinə dərs …read more

From:: ANS