Azərbaycan səfirliyi etiraz edir

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Haqqin.az saytında dərc edilən “Как Полад Бюльбюльоглы упустил Карабах?» yazısında yer alan məlumatları təkzib edib.

Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, sözügedən məqalədə yer alan məlumatlar uydurma və yalandır:

“Haqqin.az saytında dərc edilən “Как Полад Бюльбюльоглы упустил Карабах?» başlıqlı məlumat uydurma və yalandır.

Xəbərdə deyilir ki, Kazan şəhərində keçirilən “Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər” adlı İkinci ictimai forum zamanı nümayiş olunan videorolikdə Dağlıq Qarabağ Azərbaycanın tərkibində göstərilməmiş və bu Səfir Polad Bülbüloğlu ilə razılaşdırılmışdır.

Səfirliyin mətbuat xidməti rəsmi olaraq bildirir ki, nə Azərbaycanın Rusiyadakı Səfiri, nə də Səfirliyin hər hansı başqa nümayəndəsi bu rolikə baxmamış və onu təsdiq etməmişlər. Onu da qeyd etmək lazımdır ki, haqqin.az saytından məsələ ilə bağlı Səfirliyin mətbuat xidmətinə müraciət edən olmamışdır.

Haqqin.az saytı sensasiya axtarışına çıxaraq belə vacib məsələni dəqiqləşdirmədən yalan olan xəbəri dərc etməsi hiddət doğurur. Bununla sözügedən sayt həm öz oxucularına, həm də Səfirliyin fəaliyyətinə hörmətsizlik nümayiş etdirmişdir.

Videorolikə gəldikdə isə bildiririk ki, Səfirlik müvafiq qaydada rolikin müəllifini və nəyə görə Azərbaycanın Dağlıq Qarabağsız göstərildiyini aydınlaşdıracaqdır. Məsələ ilə bağlı mətbuat əlavə olaraq məlumatlandırılacaqdır”. …read more

From:: ANS