İordaniyanın İŞİD-dən tələbi

İordaniyanın hökumət nümayəndələrinin bildirdiyinə görə, İŞİD tərəfindən əsir götürülmüş hərbi pilotun taleyi barədə hələ də heç bir məlumat əldə etmək mümkün olmayıb.

Xəbər verdiyimiz kimi, İŞİD yaraqlıları bir gün əvvəl yapon girov Kenzi Qotonun müqabilində terrorçu qadın Sacida al-Rişavinin onlara qaytarılmasını tələb etmişdilər. Onlar, həmçinin həmin qadın Türkiyə ilə sərhədə gətirilməyəcəyi təqdirdə dərhal iordaniyalı pilotu öldürəcəklərini bildirmişdilər. Ultimatumun vaxtından bir sutkaya yaxın zaman keçməsinə baxmayaraq, İŞİD yaraqlılarından heç bir məlumat yoxdur.

İordaniya hökuməti pilotun sağ olmasını təsdiq edən dəlillər təqdim olunacağı təqdirdə yaraqlıların tələbini yerinə yetirməyə hazır olduğunu bildirmişdi.

İordaniyanın hakimiyyət dairələrinə yaxın olan bir nəfər Yaponiyanın NHK televiziya kanalına bildirib ki, hökumət çox mürəkkəb vəziyyətə düşüb və yaraqlılarla danışıqlar çox ləng gedir.

Həmin şəxs qeyd edib ki, ən böyük maneə pilotun taleyi barədə heç bir məlumatın olmamasıdır, lakin İordaniya hökuməti hələ də ümidini itirməyib. …read more

From:: ANS