Yeni “London” taksiləri gəlir (FOTO)

Bütün taksilərin “London taksisi” ilə əvəz olunması layihəsi çərçivəsində Azərbaycana daha 200 ədəd bu avtomobildən gətirilir.

ANS PRESS-in məlumatına görə, “London taksilərnin” daşınması və çatdırılması üçün keçirilən tenderin qalibi Türkiyənin “Sabay” şirkəti olub.

Şirkət rəhbəri Bülent Aymen Şanxaydan Kocaeli vilayətinin Derince rayonunun eyni adlı limanına gətirilən 200 “London taksisi”nin artıq Azərbaycana göndərildiyini deyib.

“Cəmi 504 avtomobili 3 ay ərzində Bakıya çatdırılmasını öhdəmizə götürdük. İlkin olaraq 200 “London taksisi”ni Şanxay limanından Derince limanına gətirdik və avtomobil TIR-ı ilə Bakıya yola saldıq” – deyə şirkət rəhbəri bildirib.

…read more

From:: ANS