NATO-dan Bakıya mesaj

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan ilə bu hərbi təşkilat arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, ötən il NATO ilə əlaqələrin uğurla davam etdirildiyini bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Alyansın rəsmi saytında yer alan xəbərdə deyilir.

NATO-nun baş katibi ötən illə bağlı hesabatında diqqətə çatdırır ki, Azərbaycan 2014-cü ildə NATO-nun Hərbi Təhsilin Gücləndirilməsi Proqramında iştirakını davam etdirib. NATO-nun bu proqramında məqsədi üzv və tərəfdaş ölkələr arasında əlaqələri möhkəmləndirməkdir.

Xatırladaq ki, Azərbaycan NATO-nun bir çox layihələrində, o cümlədən Əfqanıstanda sülhün bərqərar olması üçün keçirilən beynəlxalq missiyada iştirak edir. …read more

From:: ANS