Ermənistandan imtina etdik

Şahmat üzrə Azərbaycan yığması Ermənistanda keçiriləcək çempionatda iştirak etməyəcək.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması aprelin 18-dən 29-dək Tsaxkadzor şəhərində şahmat üzrə komanda çempionatında iştirak etməkdən imtina edib.

Dünya çempionatında 10 güclü komanda iştirak edir. Azərbaycan şahmatçıları 2013-cü ilin Avropa çempionatında qazandıqları qələbə sayəsində iştirak hüququ qazanıblar.

Daha əvvəl Azərbaycan yığması dörd dəfə dünya komanda çempionatında iştirak edib. …read more

From:: ANS