Kral sarayında Quran qalmaqalı

Anqlikan kilsəsinin keçmiş yepiskopu Lord Harrisin “Şahzadə Çarlzın tac qoyma mərasimində Quran oxunmalıdır” – təklifi mübahisələrə səbəb olub. ANS PRESS-in məlumatına görə, bu barədə Harris lordlar palatasındakı çıxışında deyib. Məqsədinin, ölkədə yaşayan müsəlmalara bu cəmiyyət tərəfindən mənimsənildiklərini hiss etdirmək olduğunu deyən Lord Harris bunun xoşməramlı bir hərəkət olacağını bildirib.

Kilsənin öz tarixi mövqeyində qonaqpərvərlik nümayiş etdirməli olduğunu deyən Harris həmçinin ötən il yüksək çinli bir müsəlmanın istəyi ilə “Bristol” katedralında Qurani Kərim oxunduğunu xatırladıb.

“Bu, müsəlmanları səmimiyyətlə qucaqlayan gözəl, uzalşdırıcı bir addım idi”.

Yerli xristianlar Lord Harrisin bu fikirlərini sərt şəkildə tənqid ediblər. Xristian Araşdırmaları Mərkəzinin nümayəndəsi Simon Kalvert xristian liderin, xristian monastrında keçirilən tac qoyma mərasimində Quran oxunmasının insanları çaşdıracağını deyib.

“Spectator” jurnalının redaktor müavini Duqlas Murrey isə bu fikrin səhv olduğunu deyib:

“Əgər tac qoyma mərasiminə müsəlmanlar gələcəksə, o zaman hindular və ateistlər də gəlməlidir. Belə bir mərasimdə Quran oxunacaqsa qoy onda İngiltərədə qılınan cümə namazlarında krala və silahlı qüvvələrimizə dua edilsin”. …read more

From:: ANS