Putinə 200 mlrd-lıq zərbə

Dünya bazarında neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində Rusiya iqtisadiyyatının məruz qaldığı itkilərin həcmi 200 milyard dollar təşkil edib. ANS PRESS xəbər verir ki, bu barədə Reuters agentliyi Rusiyanın maliyyə naziri Anton Siluanova istinadən xəbər verir.

Rusiya Federasiya Şurasının yaz sessiyasının ilk iclasında çıxış edən maliyyə naziri bildirib ki, neftin qiymətinin Rusiya iqtisadiyyatına mənfi təsiri tənəzzülün əsas hərəkətverici qüvvəsi olub və sanksiyalar nəticəsində yaranan maliyyə kəsiri 40-50 milyard dollar təşkil edib. Sitat: “Tətbiq olunmuş sanksiyalar doğrudan da bizə mənfi təsir göstərib. Lakin Rusiya şirkətləri bu vəziyyətə uyğunlaşa biliblər. Rubl zəifləyib, ancaq gördüyünüz kimi, həyat davam edir və biz də yaşamağa davam edirik”.

Anton Siluanov Rusiyada böhranın hələ uzun müddət davam edəcəyini də istisna etməyib.

Bu arada, yanvarın 29-da Avropa Birliyi Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib …read more

From:: ANS