Milyarderlərimiz Forbes-də (FOTO)

Məşhur Forbes jurnalı kommersiya daşınmaz əmlakın icarəsindən 2014-cü ildə ən çox pul qazanan rus biznesmenlərinin top-30-luğunu müəyyənləşdirib.

ANS PRESS-in məlumatına görə, siyahının zirvəsində azərbaycanlı biznesmenlər Zarax İliyev və Qod Nisanov yer alıb. “Kiyevskiy Ploşad” kompaniyası, “Radisson Royal Moscow” mehmanxanası, eləcə də “Fud Siti” kənd təsərrüfatı bazarının sahibləri olan azərbaycanlılar ötən il bu müəssisələrdən rekord məbləğdə gəlir götürüblər.

Forbes-in siyahısında daha bir azərbaycanlı Araz Ağalorov isə siyahının 8-ci pilləsində yer allıb. İlk beşlikdə olan milyarderlərin daşınmaz əmlakdan əldə etdikləri gəlir 1,4 milyard dollarla 520 milyon arasında dəyişir.

Qeyd edək ki, “Daşınmaz əmlak kralları” siyahısında Samvel Karapetyan, Roman Abramoviç, Aleksey və Anenyev qardaşları da yer alır.

Xatırladaq ki, Zarax İliyev və Qod Nisanov Azərbaycanın Quba rayonun Qırmızı qəsəbəsində doğularaq boya-başa çatıblar.

Zarax İliyev

Qod Nisanov

Araz Ağalarov …read more

From:: ANS