Con Kerri 50 dollar cərimə edildi

ABŞ-ın Boston şəhərində yağan güclü qar bu ölkənin dövlət katibi Con Kerrini ziyana salıb. Belə ki, borandan sonra həmin şəhərdəki evinin ətrafına yığılan qarı təmizləmədiyi üçün ona 50 dollar cərimə kəsilib.

ANS PRESS-in məlumatına görə, şəhər rəhbərliyi bildirib ki, evlərin və iş yerlərinin ətrafındakı səkiləri təmizləməyən şəxslər cəzalandırılacaqlar.

Maraqlıdır ki, yanvarın 29-da cərimə yazıldıqdan sonra dövlət katibinin Bostonun Beacon Hill kvartalındakı evinin ətrafında olan səkilər təmizlənib. Kerrinin qonşu təmizlənməmiş qara görə şikayət edəndən sonra cəriməni yazan əməkdaş bunun dövlət katibinin evi olduğundan xəbərsiz olub.

Xatırladaq ki, cəriməni ödəyəcəyini deyən C.Kerri qar yağan zaman prezident Barak Obama ilə birlikdə Kral Abdullanın ölümü ilə əlaqədar başsağlığı vermək üçün Səudiyyə Ərəbistanında olub. …read more

From:: ANS