Yasamalda kişi meyiti tapıldı

Bakının Yasamal rayonunda 66 yaşlı kişinin yaşadığı evdə meyiti aşkarlanıb.

ANS PRESS-in FHN-nin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, 1948-ci il təvəllüdlü Komyagin Vladimır Qriqorıviç mənzildə bağlı qapı arxasında qalıb.

Dərhal hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkarlayıblar.

V.Qriqorıviçin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:22-də başa çatıb. …read more

From:: ANS