Etiraf: “Ona aşiqəm və evlənəcəm”

“Oskar”lı aktyor Şon Pen özü qədər məşhur olan sevgilisi Şarliz Teronla əlaqələrindən danışıb.

ANS PRESS-in məlumatına görə, aktyor çox xoşbəxt olduğunu gizlətməyib. Bununla da o, yaxında evlilik olacağı barədə şayiələri təsdiqləmiş olub.

“Bu qadına aşiqəm. Onunla evlənəcəm. Bu yaşda aşiq olacağım heç ağlıma gəlməzdi”.

Şon Pen Cənubi Afrikadan olan aktrisa ilə iki ildir ki, münasibətdədir. 54 yaşlı aktyor jurnallardan birinə müsahibəsində maraqlı açıqlamalar verib. “Qəlbiniz hardadırsa eviniz ordadır”.

O, Madonna və Robin Uirigt ilə evliliklərindən də danışıb. “Daha öncəki evliliklərimdə uğursuz oldum. Amma indi təcrübəliyəm. Bunu ilk evliliyim kimi düşünürəm”.

Qeyd edək ki, bir müddət öncə aktyor sevgilisinin övladlığı olan 3 yaşlı Ceksonun oğlunun vəkalətini də almışdı.

…read more

From:: ANS