İraqda qanlı gün: 21 ölü, 20 yaralı

İraqın paytaxtı Bağdadda son sutka ərzində törədilən 5 partlayış və bir atışma nəticəsində ümumilikdə 21 nəfər ölüb, 20-dən çox adam da yaralanıb.

ANS PRESS-in məlumatına görə, terrorçu-kamikadzelər yerli özünümüdafiə dəstəsinin qərargahı, nəzarət-buraxılış məntəqəsi yaxınlığında və insanların sıx olduğu yerlərdə partlayıcı qurğuları işə salıblar. İki avtomobil də partladılıb.

Ölənlər arasında hərbçilər və polislər də var.

Terror aktlarına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. …read more

From:: ANS