Bakının işıqlı zəhəri

Vaxtilə Bakı Lampa Zavodunda işləyənlər pensiyaya 10 il tez çıxa bilirdilər. Yəni sexdə işləmiş qadınlar 45 yaşında, kişilər isə 50 yaşında ahıllıq istirahətə çıxa bilirdilər. “Bu, zavodun istehsal etdiyi lüminessent lampaların tərkibində civə buxarlarının olması ilə bağlı idi”, – deyə həmin vaxtlar zavodda rəhbər vəzifədə çalışmış təcrübəli mühəndis Nazim Aygünoğlu ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Onun sözlərinə görə, zavodun havasında civə buxarlarının səviyyəsinin aşağı olması üçün çox işlər görülürmüş: “Zavodun döşəmələri və divarları elə materialla örtürlürdü ki, civə buxarları hopmasın. Həmçinin döşəmə daima marqanslı su ilə silinirdi və həmişə yaş olmalı idi. Mərkəzi laboratoriya daima zavodun havasını yoxlayırdı ki, civə normanı ötməsin. Bundan əlavə, işçilər ildə bir dəfə tibbi müayinədən keçirilirdi və bədənində civənin miqdarı normanı keçmiş adamlar başqa sahələrə keçirilirdi”.

Civənin insan bədənində toplanma qabiliyyətindən danışan Nazim Aygünoğlu bu bəlananın insan orqanizmi üçün çox təhlükəli olduğunu vurğulayır: “İlk növbədə böyrəyi sıradan çıxarırdı. Dəriyə və başqa orqanlara da təsiri edirdi”.

İldə 25 milyon lüminessent lampa istehsal edən Bakı Lampa Zavodu Sovet Azərbaycanının digər istehsal sahələri kimi tarixə qovuşsa da, bu problemi özü ilə aparmadı. Əksinə, enecini az sərf etməsi və nisbətən davamlı olması bu lampaları əhali arasında getdikcə populyarlaşdırdı. İndi də Azərbaycanda ildə 20 milyon ədədə qədər lüminessent lampa istifadə edilir. Amma Lampa Zavodunun bağlanması ilə bu lampaların utilizasiyası, yəni xarab lampaların dövriyyədən çıxırlması ilə bağlı problemlər yarandı. Beləliklə, Azərbaycanın 2 milyon ailə təsərrüfatı risk altına düşdü. Lüminessent lapmaların populyar olmadığı əvvəlki illərdə isə yalnız zavodda işləyən bir neçə min adam üçün belə təhlükə vardı.

Sovet vaxtı zavod əsasən müəssisələrə xidmət edirdi və satdığı lampaların utilizasiyasını özü təşkil edirdi. İndi isə əhali əsasən Çində istehsal edilmiş lüminessent lampalardan istifadə edir. Təbii ki, alverçilər gətirdikləri lampaların utilizasiyası barədə düşünmürlər. Düzdür, evlərdə nisbətən kiçik lampalardan istifadə edirlər ki, onların tərkibində yalnız 2-5 milliqram civə olur. Bu, termometrdəki …read more

From:: ANS