Sevincindən yıxılıb öldü (FOTO)

İspaniyada 29 yaşlı Bolqarıstan vətəndaşı evlilik təklifi edilən zaman qayadan yıxılıb.

ANS PRESS-in məlumatına görə, hadisə yanvarın 27-də olub. Dimitrina Dimitrova adlı qızın sevdiyi oğlan İbiza adasındakı “Kala Tarida” kurortunda ofisiant işləyirmiş. O, sevgilisini görmək üçün həmin kurorta gəlib. İşdən sonra oğlan qızı qayada gəzintiyə dəvət edib. Onlar birlikdə qürubu seyr edən vaxt oğlan qıza evlilik təklif edib.

Qız sevincindən hoppananda tarazlığını itirib və 20 metr hündürlükdəki qayadan yıxılıb. Təcili yardım gələndə qız sağ idi. Amma həkimlərin gəlməsindən cəmi bir neçə dəqiqə sonra o, ölüb.

İspaniyanın mühafizə orqanları hadisəni bədbəxt hadisə kimi qiymətləndiriblər.

…read more

From:: ANS