İnfarkt keçirən oyunçu futbola qolla qayıtdı (VİDEO)

Almaniyada futbolçu infarkt keçirməsinə baxmayaraq futbola qayıdıb.

ANS PRESS-in məlumatına görə, üçüncü liqa klubu “Ştuttqart Kiker”in formasını geyən Daniel Engelbrext infarkt keçirdikdən sonra 4 dəfə əməliyyat olub.

Əməliyyatlar sonrasında ürəyinə ritmi tənzimləyən cihaz birləşdirilib. 24 yaşındakı alman futbolçu müalicəsinin ardından futbola təkrar qayıdıb.

Futbolçu çıxdığı oyunda hətta qol da vurub və komandasına qələbə gətirib.

Azarkeşlər tərəfindən böyük rəğbət görən futbolçu sevincindən göz yaşlarına hakim ola bilməyib.

…read more

From:: ANS