İŞİD-in qoyduğu vaxt bitdi

İŞİD silahlılarının əlində girov olan iordaniyalı pilotun iraqlı terrorçu qadın Səcidə əl-Rişəvi ilə mübadiləsi baş tutmayıb. Əməliyyatın baş tutması üçün tələb olunan vaxtı limiti artıq başa çatıb.

ANS PRESS-in məlumatına görə, girovların dəyişdirilməsi əməliyyatının Türkiyənin Suriya ilə sərhəd Akçakale nəzarət-buraxılış məntəqəsində keçiriləcəyi gözlənilirdi. Lakin İordaniya hökuməti girovun hələ də ölkə ərazində olduğunu açıqlayıb.

Bir qədər əvvəl İordaniya hökuməti mübadilənin baş tutması üçün İŞİD-lə razılığa gəlmişdi.

Girovların hazırda aqibətinin nə olduğu isə, hələlik məlum deyil.

Eyni zamanda, yaponiyalı jurnalist də Kenci Qoto da İŞİD silahlılarının əlində girovdur. Yaponiyanın xarici işlər naziri Fumio Kisida rəsmi Ammanla sıx əlaqə saxladıqlarını, lakin girovlardan hələlik bir xəbər ala bilmədiklərini bildirib.

İordaniya hökuməti girovların sağ olduğundan əmin olmayınca terrorçu qadını buraxmayacaqlarını qeyd ediblər. …read more

From:: ANS