“Bu yol canlanma yaradacaq”

“Bakı Tiflis Qars dəmiryolu xətti tarixi İpək yolu üzərində olan bütün ölkələrin iqtisadiyyatının canlanmasına kömək edəcək”. ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli deyib.

Tiflisə səfər edən nazir qeyd edib ki, bu ilin sonuna kimi fəaliyyətə başlacaq xətt bütün ölkələrin qazancı olacaq.

“Azərbaycan Türkiyə üzərindən Avropaya açılır. Biz də Gürcüstandan Orta Asiyaya açılırıq.
Bu dəmir yolu mədəni və iqtisadi cəhətdən daha çox çiçəklənməyə səbəb olacaq. Bakı-Tiflis-Qars önəmli və meqa layihələrdən biridir. Bütün bunları bir zamanlar xəyal etmək belə çətin idi”.

Xatırladaq ki, yolun tikintisinə inşasına 2008-ci ildə başlanılıb. Bir necə gün öncə Bakı-Tiflis-Qars magistral dəmir yolunun Türkiyə tərəfinin tikintisinin maliyyə çatışmamazlıqlarına görə dayandırıldığı barədə xəbərlər yayılmışdı. Yolun çəkilişinə 200 milyon manat vəsait xərclənsə də, ümumi işin cəmi 39 faizi görülüb. Tikintinin başa çatdırılması üçün isə təxminən əlavə 200 milyon manatın lazım olduğu bildirilir. …read more

From:: ANS