Misirdə terakt: 25 ölü, 36 yaralı

Misirin Sina yarımadasında terror aktı törədilib.

ANS PRESS-in məlumatına görə, Misirin Sina yarımadaısndakı Ariş vilayətində həyata keçirilən bombalı hücumda çox sayda ölü və yaralılar olduğu bildirilir. Bu barədə Misir dövlət yeleviziyası xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, Sina yarımadasının şimalında yerləşən Arişin Əs-səlam rayonunda 3 terakt törədilib və bu hücumlar zamanı 20 nəfər ölüb, 36 nəfər yaralanıb.

Ölənlərin və xəsarət alanların arasında dinc sakinlərlə yanaşı, əsgərlər də olub. Yaralılar dərhal mərkəzi xəstəxanalara çatıdırılıb.

Hücumların əsas hədəfinin Sina polis idarəsi və 101-ci briqada olduğu vurğulanır. Hücum zamanı sözügedən polis mərkəzi və hərbçilərin şəhərciyi zərər çəkib. …read more

From:: ANS