Yük maşını avtobusla toqquşdu: 48 yaralı

Ötən gün axşam saatlarında Türkiyədə ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə Bingöl-Muş magistralında Muş istiqamətində hərəkətdə oan sərnişin avtobusu əks istiqamətdən gələn və hələlik sürücüsü müəyyən edilməyən yük maşını ilə toqquşub. Nəticədə, sərnişin avtobusu yuvarlanaraq aşıb və içərisində olan 48 nəfər müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili yardım qrupları çağrılıb, yaralılar ambulanslarla Bingöl Dövlət Xəstəxanasına aparılıb. Ümumilikdə vəziyyətlərinin yaxşı olduğu deyilir.

Qəzada günahkar kimi isə yük maşını sürücüsü göstərilir.

Hadisə baş verəndən sonra ərazidən qaçaraq uzaqlaşan sürücünün axtarışına başlanıb, araşdırmalar davam edir. …read more

From:: ANS