İstanbula köçən azərbaycanlılar (VİDEO)

Türkiyənin mənzil bazarı azərbaycanlıların maraq dairəsindədir. Doğrudur, azərbaycanlılar İstanbulda ev sahibi olan əcnəbilər arasında ilk yeri tutmur. Amma nəzərə alsaq ki, bizi qabaqlayan xalqların sayı qat-qat çoxdur. Onda Azərbaycandan Türkiyədə ev almaq üçün böyük axın olduğu üzə çıxar. Hətta nisbət nəzərə alınarsa, azərbaycanlılar bu siyahıya liderlik də edər. Bunun səbələri isə sadədir.

ANS TV-nin İstanbul bürosunun məlumatına görə, Türkiyədə xarici vətəndaşların daşınmaz əmlaka sahıb olması ilə bağlı qanunun yüngülləşdirilməsi bu ölkədə torpaq və ev alan digər əcnəbilər kimi azərbaycanlıların da sayının artmasına səbəb olub.

Hazırda Türkiyədə mülk sahibi olan xarici vətəndaşlar arasında birinciliyi ərəblər tutur. Daha sonra Almaniya, İngiltərə və Rusiya vətəndaşları gəlir. Həmvətənlərimiz isə bu sıralamada 5-ci yerdədir. Ötən ilin rəqəmlərinə görə Türkiyədə minə qədər Azərbaycan vətəndaşının evi var. Azərbaycanlılar daha çox İstanbulda və Antalya, Bodrum kimi turist şəhərlərində villalara üstünlük vermələri ilə diqqət çəkir.

“Son üç ildə Türkiyəyə Azərbaycandan investorların axını başlayıb. Azərbaycanlılar Türkiyə iqtisadiyyatının mövcud durumunu gördükləri üçün bura axın edirlər. Amma onların sayı Küveytdən, Qətərdən və Dubaydan gələnlər qədər deyil, yeni-yeni başlayıblar. Gələcək illərdə azərbaycanlıların Türkiyə iqtisadiyyatına investisiya qoyacaqlar” – deyə inşaat şirkətinin satış direktoru İrfan İlək bildirib.

Statistik rəqəmlərə görə, ərəblərdən sonra Azərbaycan vətədaşları Türkiyədə ən bahalı mülklərə sahibdirlər. Son üç il ərzində həmyerlilərimizin bəziləri Türkiyədə yaşamaq məqsədilə bəziləri xaricdə yatırımlarının olması üçün, digər bir qismi isə ipoteka şərtlərinin daha asan olması səbəbindən bu ölkədə ev alırlar.

“Bu yaxınlarda yeni bir qanun çıxdı ki, istənilən əcnəbi bir vətəndaşın öz şəxsi evi ola bilər. Məhz biz də bu qanundan yararlanaraq özümüzə buradan bir ev aldıq. Artıq yeni aldığımız evdə yaşayırıq” – deyə Azərbaycan vətəndaşı Sərxan Səmədov dedi.

“2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşdı. Hazırda yeni qanuna görə. öz adına buradan ev ala bilirsən. Amma bundan öncə bunu etmək mümkün deyildi” – deyə Azərbaycan vətəndaşı Əsgər Hacızadə bildirdi.

Türkiyə …read more

From:: ANS