“Qarabağ: Gələcəyə baxışımız”

Fevralın 20-də “Azərbaycan–Britaniya Məzunları” İctimai Birliyinin (AUKAA) təşkilatçılığı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda tələbə və məzunlar üçün “Qarabağ: Gələcəyə baxışımız” adlı elmi forum təşkil ediləcək.

Forumun keçirilməsində əsas məqsəd Böyük Britaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda elmi müzakirələrin aparılması üçün sosial və humanitar, siyasi elmlər və dövlət idarəçiliyi, habelə beynəlxalq münasibətlər, diplomatiya və ətraf mühit elmləri sahəsində təhsil alan bakalavr, magistr və doktorant tələbələr üçün vahid platforma təqdim etməkdir. Forum, eyni zamanda, Britaniyanın müxtəlif nüfuzlu universitetlərinin tələbə və akademik heyəti arasında Dağlıq Qarabağ problemi ətrafında elmi araşdırmaları təşviq etmək məqsədi daşıyır.

Böyük Britaniyada “Xocalı həftəsi” çərçivəsində keçiriləcək forumda Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı, britaniyalı və digər əcnəbi tələbələrin iştirakı nəzərdə tutulur.

http://azertag.az/xeber/828507 …read more

From:: ANS