Azərbaycanda ağır yol qəzası: ölənlar var

Gəncə-Şəmkir avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 29-da saat 22 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Şəmkir postunun yaxınlığında baş verib. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında ağaca çırpılaraq aşıb.

Qəza nəticəsində maşında olan iki nəfər hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsin Tovuz rayon sakini 1967-ci il təvəllüdlü Quliyeva Zabitə Səbuhi qızı olduğu məlum olub.

Hazırda hüquq mühafizə orqanların əməkdaşları ölən şəxslərin kimliyini müəyyənləşdirirlər. …read more

From:: ANS